Özbəkistanda koronavirusa yoluxanların sayı 172-yə çatıb | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Özbəkistanda koronavirusa yoluxanların sayı 172-yə çatıb

Dünya A- A A+

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 172-yə çatıb, dünən bu rəqəm 158 olub.

EdNews xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyi xəbər yayıb ki, indiyədək koronavirusa yoluxan səkkiz xəstə sağalıb və onlar reabilitasiya mərkəzinə göndəriliblər.

Virusa yoluxanların 22-nə pnevmoniya diaqnozu qoyulub. Yeddi xəstənin vəziyyəti ağır olaraq qalır, 2 nəfər ölüb.

Nazirlikdən bildiriblər ki, artıq ölkədə koronavirusla bağlı 22,1 min test həyata keçirilib.

Xatırladırıq ki, Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə xəstəxana və ev şəraitində karantində 90 min nəfər var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...