Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Sinqapurda ictimai nəqliyyatda telefonla danışmaq qadağan edildi

Dünya A- A A+

Sinqapur hökuməti sakinlərə ictimai nəqliyyatda mobiltelefonlarladanışmağı qadağan edib.

İnsanlar infeksiyaların ötürülmə riskini azaltmaq üçün ictimai nəqliyyatda bir-biri ilə ünsiyyəti minimuma endirməyə çağırılıb.

EDNews.net TASS-a  istinadən xəbər verir ki,  bu, iyunun 1-dən sonra ölkənin tədricən karantin rejimindən çıxmasından sonrakı dövrə aid tədbirlərə aiddir.

"Bilirik ki, bir metrə qədər olan sosial məsafəni saxlamaq nəqliyyatda çox çətin olacaq. Həyat tədricən normal halına dönməyə başlayandabir çox müəssisələrin fəaliyyəti bərpa ediləcək, məktəblərdə və universitetlərdə dərslər başlayacaq. Buna görə də, bir sıra təhlükəsizlik tədbirləri görməliyik”, - deyə, Sinqapur hökumətinin nəzdində işçi qrupunun həmsədri, Milli İnkişaf naziri Lourens Von bildirib.

Oqeyd edib ki, metroda və avtobuslarda sakinlər telefonla danışmaqdan və bir-biri ilə ünsiyyətdən çəkinməlidirlər. Bununla yanaşı, qoruyucu maskaların məcburi taxılması davam edəcək.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...