Mayın 23-də Rusiyada 2116 hektar ərazidə 36 meşə yanğını söndürülüb.
EDNews.net RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Regional Meşə Təsərrüfatı Dispetçer Xidməti məlumat yayıb.
Bildirilib ki, bir gün əvvəl 871 hektar ərazidə 38 meşə yanğının qarşısı alınıb.
Mayın 24-nə keçən gecə isə 11733 hektar ərazidə 64 meşə yanğınları aktiv şəkildə söndürülüb. Yanğınların söndürüldüyü ən böyük ərazi Xabarovskda qeydə alınıb - 4870 hektar.(apa)