Yaponiya hökuməti koronavirus epidemiyasına görə elan edilmiş fövqəladə vəziyyəti rejimini ləğv edib.
EDNews.net bildirir ki, bu barədə TASS məlumat yayıb.
Bu gündən ölkənin beş prefekturasında - Tokio, Kanaqava, Saytama, Tiba və Hokkaydo fövqəladə vəziyyət rejimi ləğv olunub.
"Fövqəladə vəziyyət rejimi bütün ölkə üzrə ləğv olunur”, - deyə Yaponiyanın Baş naziri Şinzo Abe bildirib.
Xatırladaq ki, buna qədər 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi aradan qaldırılmışdı.