Boğulmadan deyil, zəhərlənmədən ölüb - Afroamerikalının ekspertizasının nəticələri | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Boğulmadan deyil, zəhərlənmədən ölüb - Afroamerikalının ekspertizasının nəticələri

Dünya A- A A+

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floyd boğulmadan deyil, işemiya, hipertoniya və intoksikasiya (zəhərləyici (toksiki) maddələrin orqanizmə təsirindən əmələ gələn patoloji hal) nəticəsində ölüb.

EDNews.net  “Daily Mail”-ə istinadən xəbər verir ki, bu barədə Minnesota ştatının Hennepin dairəsinin məhkəmə tibbi ekspertlərinin rəsmi rəyində bildirilib.

Vəkil Floyd Bencamin Kremp iddia edir ki, məhkəmə hesabatında polisin qəsdən güc tətbiq etməsi barədə ümumiyyətlə danışılmayıb, halbuki asayiş keşikçilərindən biri ən azı səkkiz dəqiqə qaradərili kişini boğmuşdu.

Vəkilin sözlərinə görə, mərhumun ailəsi ikinci dəfə tibbi-məhkəmə ekspertizasının aparılması üçün müstəqil mütəxəssislər cəlb ediblər.

Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis əməkdaşı dizi ilə yerə yıxılmış C.Floydun boyun nahiyəsinə təzyiq edib. C.Floyd nəfəs ala bilmədiyini desə də, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...