Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub.
"EDNews.net"in məlumatına görə, bu barədə o özü “Facebook” səhifəsində bildirib.
Koronavirus testinin müsbət çıxdığını deyən N. Paşinyan iqamətgahından işləyəcəyini söyləyib.
O, COVİD-19-a yoluxduğuna görə təəssüf hissi keçirdiyini qeyd edib.
“Biz koronavirus infeksiyası ilə yaşamağa öyrənməliyik”, - deyə o bildirib.(apa)
***
“İşgüzar müşavirədə yoluxduğumu düşünürəm. Bilirsiniz, belə müşavirələrdə su ilə stəkan qoyurlar. Mən fikir verdim ki, stəkanları əlcəksiz qoyublar. Yerindəcə danladım və stəkanları dəyişmələrini istədim”.
EDNews.net xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində deyib.
Qeyd edək ki, N.Paşinyan bu gün özünün və ailəsinin koronavirusa yoluxduğunu bildirib.(report)