Fərqli tərəfləri dəstəkləyən Türkiyə və Rusiya: Suriyadakı kimi, Liviyada da istəklə gerçək üst-üstə düşmür

Dünya 21:23 05.06.2020

Sinem Koseoğlu

“Əl-Cəzirə”, 05.06.2020

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümə axşamı Liviyanın beynəlxalq səviyyədə tanınan Milli Birlik Hökumətinin (MBH) baş naziri Fəyyaz əl-Sərracla görüşüb.

Paytaxt Ankaradakı görüş zamanı iki liderin Liviya müharibəsində mümkün siyasi həll yolunun detalları müzakirə edilib.

Keçən ilin aprel ayında paytaxtı ələ keçirmək üçün hücum təşkil edən Liviya Milli Ordusu (LMO) ilə mübarizədə Türkiyə MBH-nin əsas tərəfdarlarından biri olub.

Əvvəlcə Ankara Liviyadakı səylərini Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir tərəfindən dəstəklənən LMO ilə atəşkəsin təmin edilməsinə yönəldib. Yanvar ayında Həftər Rusiya və Türkiyə arasında qurulan atəşkəs sazişini imzalamaqdan imtina etdiyinə görə Ankara səylərini dayandırıb və münaqişənin təcili siyasi həllini istəyib – Həftərlə əməkdaşlıqda, ya da onsuz. Bu məqsədlə o, MBH-yə verdiyi hərbi və maddi-texniki dəstəyi gücləndirib. Nəticədə, MBH son həftələrdə Həftərın qüvvələrinə qarşı əhəmiyyətli qələbə qazanıb, Tunis sərhədi və Tripoli beynəlxalq hava limanı yaxınlığındakı əl-Vatiyə aviabazası da daxil olmaqla, bir neçə strateji əhəmiyyətli LMO dayağını ələ keçirib. Cümə axşamı günü MBH Tripoli şəhər inzibati ərazisini əhatə edən bütün əraziləri ələ keçirdiyini açıqlayıb.

MBH-nın hərbi qələbələri Həftərı danışıqlar masasına qayıtmağa təşviq edib və müharibə edən tərəflər Bazar ertəsi günü atəşkəs danışıqlarını bərpa etməyə razı olublar. LMO tərəfdarları, yəni Misir və BƏƏ, danışıqların yenidən başlamasını alqışlayıb və əl-Sərracın müavini Əhməd Maytiq, ehtimal ki, atəşkəs razılaşmasının detallarını müzakirə etmək üçün qaçaraq Moskvaya yollanıb.

Bu hadisələr Türkiyənin atəşkəslə təcili siyasi həll tələbini yenilədib. “Tripolidən Tunisə sahil xəttini, beynəlxalq hava limanlarını geri qaytarmaq, hava və quru əməliyyatları nəticəsində daha çox qazanc əldə etməklə, MBH bu müharibədə Həftər’ qalib gələ biləyəcəyini sübut etdi”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Çərşənbə günü televiziya ilə verdiyi müsahibədə bildirib. O əlavə edib ki, Liviyada atəşkəs rejimini dəstəkləyən tərəflər səylərini münaqişənin siyasi həllini təmin etməyə yönəltməlidirlər.

MBH-nın uğurlarından məmnun qalan Türkiyə müharibənin əvvəlindən bəri MBH-nin ən güclü tərəfdarlarından biri olan NATO və İtaliyanın dəstəyi ilə danışıqları keçirmək üçün çalışır.

O, həmçinin Liviyanın gələcəyi ilə bağlı ABŞ-la danışıqları da gücləndirib. Donald Trampın rəhbərliyi Liviya ilə bağlı müxtəlif siqnallar göndərib, həm Sarraca, həm də Həftərə. ABŞ-ın Rusiyanın Liviyadakı fəaliyyəti ilə əlaqədar narahatlığı Təhlükəsizlik Qüvvələrinə Yardım Briqadasının Tunisdə yerləşdirilməsini nəzərdən keçirdiyini bildirməsinə səbəb olub və Ankarada Vaşinqtonun Moskvanın qərarlılığını əyə biləcəyi ümidləri artıb.

Rusiya hələ də Həftərı dəstək versə də, Moskvanın dikbaş generalın hoqqalarından bezməsi əlamətləri var. Ankaradakı yüksək səviyyəli bir təhlükəsizlik işçisi “əl-Cəzirə”yə bildirib ki, Həftər Moskvanı “yeni Qəddafi kimi davranmaqla” narahat edib və bu, gələcəkdə rusları onu əvəz etməyə məcbur edə bilər. Səlahiyyətli əlavə edib ki, Həftərlə əlaqələri kəsmək Rusiya üçün asan olmayacaq, çünki LMO-nu idarə etmək üçün daha uyğun bir namizəd tapmaq çətindir.

Liviya Türkiyə üçün ikinci Suriyaya çevrilə bilərmi?

Hələlik Türkiyə Liviyanın çoxyönlü münaqişəsində aydın bir qalib kimi görünür. Lakin bəzi ekspertlərin fikrincə, Liviya Türkiyə üçün tezliklə yeni bir Suriyaya çevrilə bilər.

Türkiyənin üsyançı qrupları və Rusiyanın prezident Bəşər Əsədi dəstəklədiyi Suriyada Ankara və Moskva mart ayında “İdlibdəki eskalasiya bölgəsindəki təmas xətti boyunca bütün hərbi hərəkətləri dayandırmağa” çağıran bir protokol imzalayıb. Bu razılaşmaya baxmayaraq, Moskva İdlibdəki türk dəstəkli üsyançılara hərdən-bir təcavüz etməyə davam edir və Türkiyəni keçmiş “əl-Qaidə” mənsubu olan “Heyət Təhrir əl-Şam”ı qorumaqda günahlandırır. Rusiya qırıcılarının Çərşənbə günü atəşkəs razılaşmasından bəri ilk dəfə İdlib şəhərini bombaladığı bildirilir.

İndi bir çox Suriya müşahidəçisi Ankara ilə Moskvanın Suriyanın uzun müddət davam edən münaqişəsində əməkdaşlığının gələcəyinə pessimist yanaşır və yaxın vaxtlarda 2 güc arasında eskalasiyanın olacağını proqnozlaşdırırlar.

Rusiya və Türkiyə, Suriyada olduğu kimi, Liviyada münaqişənin müxtəlif tərəflərini fəal şəkildə dəstəkləməyə baxmayaraq, əməkdaşlıq etməyə çalışırlar.

Türkiyə təkcə Liviyada qoşuna sahib deyil, eyni zamanda, ölkədə MBH tərəfində döyüşən suriyalılara da əhəmiyyətli təsir göstərir. Rusiyanın Liviyada rəsmi olaraq əsgəri yoxdur, ancaq Həftər qüvvələrinə dəstək verən “Vaqner” qrupu kimi etibarlılar vasitəsi ilə qarşıdurmada aktivdir. Buna görə də, bir çoxları, diplomatik kanalların açıq qalması üçün davamlı səylərə baxmayaraq, Rusiya ilə Türkiyə arasında Liviyada birbaşa qarşıdurma riskinin olduğunu düşünürlər.

Türk təhlükəsizlik təhlilçisi və keçmiş hərbçi Abdullah Ağar “əl-Cəzirə” kanalına verdiyi açıqlamada Liviyanın, Suriya kimi, Türkiyə üçün “bataqlıq” olacağına inandığını söyləyib. Türkiyənin Suriyadakı çətin bir vəziyyətdə olduğunu deyən analitikin fikrincə, Türkiyə tədricən böyük güc blokları, yəni Çin-Rusiya ittifaqı və NATO arasındakı rəqabətə çevrilən qarşıdurmada yeganə qanuni oyunçunu – MBH-ni dəstəkləyir.

Bu, Rusiyanın Liviyadakı ambisiyalarından asanlıqla imtina edəcəyini ifadə etmir. Moskva ən azı ölkənin strateji əhəmiyyətli ərazilərinə və enerji qaynaqlarına təsir göstərməyə imkan verən bölünmüş Liviya istəyir. Bu vaxt Türkiyə Liviyanın ərazi bütövlüyünü müdafiə edir və deyir ki, qanuni hökumət bütövlükdə ölkəni idarə etməlidir.

Son məqsədləri bir-birinə zidd olduğundan, Suriyadakı praqmatik və şərti tərəfdaşlıq kimi, Türkiyə və Rusiyanın Liviyadakı kövrək əməkdaşlığının yaxın günlərdə əhəmiyyətli maneələrlə üzləşəcəyi ehtimalı var.

İtaliya Türkiyənin müttəfiqidir, yoxsa Liviyadakı rəqibi?

Liviyaya gəlincə, Türkiyənin İtaliya ilə də mürəkkəb bir əlaqəsi var. Hər iki ölkənin Liviyada tarixi maraqları mövcuddur və hazırda onlar ölkə münaqişəsində eyni düşərgəni dəstəkləyir.

Ancaq keçən ay NATO-nun baş katibi Yens Stoltenberqin NATO-nun MBH-ya dəstək verməyə hazır olduğunu bildirməsindən sonra 2 dövlət Transatlantik alyansın Liviya strategiyasında dominant qüvvə olma üçün yarışa girib. Roma və Ankaranın Liviyada liderlik etmə istəyi sonda açıq rəqabətə çevrilə bilər.

Bu yaxınlarda Türkiyədəki yüksək səviyyəli bir diplomatik mənbə “əl-Cəzirə” kanalına açıqlamasında İtaliyanın Türkiyənin Liviyadakı iştirakını dəstəklədiyini bildirib, çünki Həftəri dəstəkləyən Fransa, Türkiyənin olmadığı təqdirdə, ölkədəki təsirini artıracaq. Diplomatik mənbənin dediyinə görə, Ankarada narahatlıq var ki, İtaliya Fransanı oyundan kənarlaşdırsa, Türkiyəyə rəqib ola bilər. Mütəxəssislər Liviyadakı İtaliya və Türkiyəni Suriyada Rusiya və İran kimi duruma düşəcəyini bildirir – eyni rejimi dəstəkləyən, lakin bir-birini çıx-daş etməyə çalışan tərəflər.

Bu gün Türkiyə Liviyadakı hədəflərinin çoxuna çatmış görünür. Həftər qüvvələri geri çəkilməklə, Liviya münaqişəsinin regional maraqlarına uyğun olan siyasi həllinə zəmin hazırlamaq üçün mükəmməl bir vəziyyət yaradıb. Buna baxmayaraq, yenə müttəfiqlər və rəqiblər problemi qalır.

Suriyadakı kimi, ziddiyyətli maraqlar şəbəkəsində dolaşmağı bacarığı tələb olunur. Sözsüz ki, şərti müharibələr güclü pul axını tələb edir. Həm Rusiya, həm də Türkiyənin iqtisadiyyatı hazırda kövrəkdir və pul axını ilə bağlı problemlər Liviya və Suriyadakı imkanları məhdudlaşdıra bilər.

Tərcümə: Strateq.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı