Litva Seymi Svetlana Tixanovskayanı Belarusun qanuni prezidenti kimi tanıyıb. Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qətnamənin mətnində deyilir.
Litva millət vəkilləri beynəlxalq ictimaiyyəti Tixanovskaya və Koordinasiya Şurasına dəstək olmağa çağırıblar. Həmçinin, Belarus Prezidenti Aleksandr Lukaşenkonun imzaladığı yeni razılaşmaları ölkənin ilhaqı kimi qiymətləndirməyi təklif edirlər.
Litva Seyminin millət vəkilləri bundan əvvəl Svetlana Tixanovskayanın Belarusun seçilmiş və qanuni prezidenti olaraq tanınmasını təklif etmişdilər.