Rusiyada keçiriləcək "Qafqaz-2020" hərbi təlimlərinə təxminən 80 minə yaxın heyət qatılacaq.
Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Bundan əlavə olaraq, 250 tank, 450 mexanikləşdirilmiş piyada minik vasitələri, 200 artileriya sistemləri, raket sistemləri və bir sıra hərbi avadanlıqlardan istifadə nəzərdə tutulur.
Bu təlimlərdə Belarus, Çin, Ermənistan və Myanmar da iştirak edəcək.
Azərbaycan, İran, İndoneziya, Qazaxıstan, Tacikistan və Şri-Lanka isə təlimlərə müşahidəçi qismində qatılacaq.
Təlimlər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Qerasimovun başçılığı ilə keçiriləcək.