Belarus sərhəd xidməti sərhəd təhlükəsizliyini gücləndirib, deyə Sərhəd Komitəsinin sözçüsü Anton Bıçkovski söyləyib.
Bu barədə Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir.
“Sərhəd təhlükəsizliyi gücləndirilib. Xüsusi bölgələrdə baş verən hadisələrdən asılı olaraq lazımı addımlar atılmaqdadır”, deyə Bıçkovski bildirib.
Dünən Belarus Prezidenti Aleksandr Lukaşenko Litva və Polşa ilə sərhədlərin bağlanacağını və Ukrayna ilə sərhədin güclü nəzarət olunacağını söyləyib. O, bu üç ölkə rəhbərlərini “qızğın müharibə”nin başlanmasının qarşısını almağa çağırıb.