Əlcəzairin Müstəqillik Günü Epik azadlıq və sistemli dəyişiklik

Dünya 20:39 31.10.2020

Qurtuluş müharibəsinin başlanğıcını qoyan 1 Noyabr Əlcəzairin milli bayramı kimi qeyd olunur.

Eurasia Diary bununla bağlı Əlcəzairin Azərbaycandaki səfiri xanım Səlimə Abdelhaqq tərəfindən yazılmış deklarasiyanı təqdim edir:

 

1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.

2020-ci ildə Əlcəzair üçün möhtəşəm bir hadisə olan azadlıq mübarizəmizin 66-cı ildönümü qeyd olunur.  Doğrudur, hazırki sanitar vəziyyət bizə tədbiri ən yüksək səviyyədə qeyd etməyə imkan verməsə də, lakin bu, Əlcəzair  xalqına ata-baba yurdumuzun işğalı və istilasına son qoymaq üçün həyata keçirdiyi azadlıq mübarizəsinin xatirəsini sevinc və qürurla yad etməsi üçün mane olmayacaqdır.

Bu anma, xalqımız tərəfindən böyük fədakarlıqlar, qan və göz yaşları bahasına şərəfli və cəsarətlə aparılan silahlı mübarizə dastanlarını xatırlamaq üçün bir fürsətdir.  Bu anım günü, bizə şəhidlərimizin və cəsarətli mücahidlərimizin, dünyadan gedənlərin xatirəsinə, həm də Allahın iznilə həyatda qalanlara bir anlıq  vətənpərvərlik  və minnətdarlığımızı bildirmək üçün imkan verir.

Həqiqətən, bir əsrdən artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqavimətilə üz-üzə qaldı və bu, uzun bir müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.

Sarsılmaz bir inanca sahib olan xalqımız, müqəddəs torpaqlarında varlığının davamlı olmasına güvənən müstəmləkəçiliyə qarşı şiddətli bir mübarizə apardı.  Beləliklə, 1 Noyabr Əlcəzairlilərin qəlbində və şüurunda əbədi həkk olunmuş bir tarixdir. Əlcəzayir xalqının etdiyi bütün fədakarlıqlar Şanlı İnqilabımızı xalqların azadlıq və ləyaqət uğrunda apardıqları inqilabların ön planına qaldırdı.

Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır.  1 Noyabr referentinə bağlı olan və bu gün xatirəsinə hörmət və ehtiramla təzim etdiyimiz ağsaqqallarının fədakarlığından xəbərdar olan nəsillərin.

Öz fədakarlıqlarından ilhamlanan Əlcəzair gəncləri yenidən məşəli götürmək, dünənki kimi, xalqın iradəsi ilə, yeni qurumlar dövlətinin yaranacağı və qanunun aliliyinin hökm sürəcəyi yeni bir Əlcəzayir qurmaq uğrunda can atırlar və bu gənclik yenidən doğuş və qlobal sıçrayış yolunda ümidlə atılan sıçrayışı idarə etmək üçün məsuliyyəti öz üzərinə götürəcək.

2020-ci il 1 Noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd etsin. 

1 Noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində  ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı