Moldovanın hazırkı prezidenti İqor Dodon bazar günü keçirilən səsvermənin nəticələri ilə bağlı keçirilən brifinqdə respublika ərazisində səslərin sayına görə qalib gəldiyini söyləyib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, Dodon bildirib ki, təxmini hesablamalara görə, ölkə daxilində kifayət qədər böyük bir fərqlə irəlidədir.
Dodon həm tərəfdarlarını, həm də Maya Sandunu tərəfdarlarını sakit olmağa çağırıb və ölkədə sabitliyin pozulmasının qarşısını almağa söz verib.