Kəlbəcər rayonunda yerləşən Zod qızıl mədənin işçiləri etiraz aksiyalarına başlayıb.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, hal-hazırda Ermənistan Milli Məclisinin deputatı Taquhi Tovmasyan hadisə yerindədir.
Onun verdiyi məlumata görə qızıl mədəni işə davam edəcək.
Qeyd edək ki, Zod mədənində Azərbaycanlı hərbiçilər Rusiya sülhməramlıları və erməni hərbiçilər ilə birlikdə Azərbaycan-Ermənistan sərhəddinin rəsmi demarkasiyası aparılır.