İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.
Eurasia Diary-nin məlumatına görə, açıqlamada bildirilib ki, ötən gün günorta saatlarında silahlı şəxslər İranın nüvə və raket sistemləri üzrə alimi, Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.
Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2018-ci ildə də M. Fəxrizadəyə sui-qəsd cəhdi olmuşdu.