Türkiyədə hoteldə bir polisi öldürüb, digərini yaralayan şəxs tutulub | Eurasia Diary - ednews.net

24 Yanvar,


Türkiyədə hoteldə bir polisi öldürüb, digərini yaralayan şəxs tutulub

Dünya A- A A+

Türkiyənin Qəhrəmanmaraş vilayətində silahlı insident törədən və polisi öldürən şəxs saxlanılıb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, polisə Antalyada qətl törədək qaçmış 22 yaşlı Muammer Qaradaşın Qəhrəmanmaraşda hoteldə gizləndiyi barədə məlumat daxil olub. Polis onun saxlanılması istiqamətində tədbirlərə başlayıb. Əməliyyatdan xəbər tutam təqsirləndirilən şəxs adlı şəxs hoteldən qaçmağa cəhd edib. Bu zaman qarşısına çıxan iki polisə atəş açıb. Xəstəxanaya çatdırılan polislərdən biri aldığı gülə yarasından orada keçinib. Muammer Qaradaş isə saxlanılıb.

***

Türkiyənin Qəhrəmanmaraş vilayətində silahlı insident baş verib.

Polis əməkdaşları vilayətin Dulkadiroğlu rayonunda bir hotelə silahlı hücum olması məlumatı əsasında hadisə yerinə gedib. Hoteldəki silahlı şəxslər polisin dayanmaq barədə əmrinə tabe olmayıb, onlara atəş açıblar. Nəticədə 2-si polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.

Hotelə mühasirəyə alınıb, silahlı şəxslərin yaxalanması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam edir.

 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...