Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank “Bayraktar TB2” və ANKA zərbə tipli PUA-larının tezliklə Avropa dövlətlərindən birinə satılacağını açıqlayıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə o, İstanbul Sənaye Palatası tərəfindən təşkil edilən iclasda danışıb.
O bildirib ki, PUA-lar tezliklə Avropa səmalarında olacaq.
“Bayraktar TB2” zərbə PUA-ları hazırda Türkiyə, Qətər, Ukrayna və Azərbaycan ordusu tərəfindən istifadə edilir. ANKA PUA-ları isə hələlik Türkiyə ordusunun arsenalında var, ötən ilin sonunda Tunis Türkiyədən 3 ANKA aldığını açıqlamışdı.
Türkiyənin bir çox Avropa ölkəsi ilə yaxşı əlaqələri var. Albaniya, Britaniya, Bolqarıstan, Çexiya, Macarıstan və Polşa ilə Türkiyə arasında müdafiə sənayesi ilə bağlı danışıqlar aparılıb.