BMT Kipr mövzusunda toplantı keçirəcək | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


BMT Kipr mövzusunda toplantı keçirəcək

Dünya A- A A+

BMT-nin Baş katibi Antonio Quterreş 2017-ci ildən bəri ilk dəfə olaraq bu il – 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında toplantı keçirməyi planlaşdırır.

TASS-dan verilən məlumata görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, son bir neçə ayda BMT Baş katibinin xüsusi elçisi Ceyn Holl Lyut tərəfindən aparılan məsləhətləşmələrdən sonra, təşkilatın inzibati rəhbərliyi “Kipr mövzusunda Cenevrədə 5+1 formatında qeyri-rəsmi toplantı keçirmək niyyətindədir”.

“Görüşün məqsədi yaxın gələcəkdə Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında təmas nöqtələrinin olub-olmadığını müəyyənləşdirməkdir”, - məlumatda belə deyilir.

Kipr məsələsinin tənzimlənməsinə dair ənənəvi görüşlər 5+1 formatında keçirilir. Bu format adanın türk və yunan icmalarının rəhbərlərinin, Kiprin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qarantı olan güclərin (Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirləri) və şəxsən BMT Baş katibinin bu cür görüşlərdə iştirakını təmin edir. Sonuncu dəfə Kipr məsələsinin həllinə dair konfrans beştərəfli formatda 2017-ci ildə İsveçrənin Kran-Montana kurort zonasında təşkil olunmuşdu. Ancaq həmin konfrans nəticəsiz qalmış və o vaxtdan bəri Kipr problemi ilə bağlı icmalararası danışıqlar davam etdirilməmişdi.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...