Tacikistan və Türkmənistanla sərhəddə “Taliban” qruplaşmasının 15 min nəfərlik dəstələri cəmləşib.
Eurasia Diary Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Qərargah rəisi Anatoli Sidorov keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, qruplaşmanın ümumi üzvlərinin sayı 70 minə qədərdir.