Ermənistanın “Vətənin xilası hərəkatı”nın üzvləri Yerevanda Baqramyan prospektində parlament binası qarşısında növbəti mitinq keçirib.
Eurasia Diary erməni mediasına istinadən xəbər verir ki, müxalifət prospektdə oturaq etiraz aksiyası keçirib. Aksiya iştirakçıları çadırlar qurub, prospekt isə bağlanıb.
Xatırladaq ki, ötən mitinqdə müxalifətin Baş nazir postuna namizədi Vazgen Manukyan bu gün bütün erməni xalqının iştirakı ilə böyük mitinq keçiriləcəyini bildirmişdi.
Qeyd edək ki, TASS-ın məlumatına görə, mitinqdə 2 minədək insan iştirak edib.