ABŞ prezidenti Co Bayden ölkəsinin infrastrukturu inkişaf etməzsə, Çin kimi ölkələrdən geri qalacağını etiraf edib.
Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, 2 milyard dollarlıq infrastruktur paketindəki etirazlara toxunan Bayden güzəştə getməyin qaçılmaz olduğunu deyib:
“Əlbəttə, dəyişiklik olacaq. Yaxşı fikirlərə və xoş niyyətli danışıqlara açığıq, amma hərəkətsizliyə açıq ola bilmərik. Fəaliyyətsiz qalmaq seçimimiz deyil”.