Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçak ordunun döyüşə hazır olduğunu bildirib.
Eurasia Diary Yeniavaz.com-a istinadən xəbər verir ki, Xomçak “1 + 1” televiziya kanalına verdiyi açıqlamasında Ukrayna ordusunun düşməni dəf etmək üçün lazımi silahlarla təchiz edildiyini vurğulayıb: “Biz həqiqətən atəşkəsin pozulma hallarının artdığını görürük. Silahlı Qüvvələrin hərbi hissələrinin bütün cəbhə boyu adekvat cavabları var. Hərbçilərimiz tam silahlandırılmış vəziyyətdədir”.