Türkiyədə təlim uçuşu zamanı hərbi təyyarə qəzaya uğrayıb.
Eurasia Diary-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, İzmirdə KT-1 tipli hərbi təlim təyyarəsi dənizə düşüb.
Təyyarədə olan hər iki pilot xilas edilib.
Xatırladaq ki, 2 gün öncə Konyada Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramışdı. “Türk Ulduzları” heyətinə daxil olan təyyarənin qəzaya uğraması nəticəsindəpilot Burak Gençcelep dünyasını dəyişmişdi.