Çin hökuməti ABŞ-ın sanksiya tətbiq etdiyi superkompüter istehsalçılarının müdafiəsi üçün tədbirlər hazırlayır.
Eurasia Diary Turkustan.info-ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib. O, Çinin ABŞ-a qarşı adekvat addımlar atacağını bildirib.
“ABŞ beynəlxalq yüksək texnologiyalar bazarında öz monopoliyasını qorumaq və hegemoniyasını təmin etməyə çalışır”, – o vurğulayıb.
Qeyd edək ki, ABŞ Çinin 7 texnologiya şirkətini qara siyahıya salıb. Vaşinqton bu şirkətlərin Çinin hərbi məqsədləri üçün superkompüter yaratdığını bildirib.