İrəvan metrosunda rus dilində olan lövhələr sökülür | Eurasia Diary - ednews.net

8 May, Şənbə


İrəvan metrosunda rus dilində olan lövhələr sökülür

Dünya A- A A+

Ermənistanda İrəvan metrosunda rus dilində lövhələr götürülür, yalnız erməni və ingilis dillərində olanlar saxlanılır.

“Novosti Armenia” portalından verilən xəbərə görə, paytaxt metrosunda “Marşal Baqramyan”, “Respublika Meydanı”, “Zoravar Andranik” və “Şenqavit” stansiyalarında rus dilində işarələr artıq yığışdırılıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin indiyə qədər İrəvan metrosundakı rusdilli lövhələrin yığışdırılması ilə bağlı şərh verməkdən imtina edib. Onun sözlərinə görə, bu problemi ətraflı öyrənmək üçün vaxt lazımdır.

Oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...