Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı özünün sözçüsü Arman Musinyanın diliylə “ruhi xəstə” adlandırıb.
Eurasia Diary xəbər verir ki, Ter-Petrosyanın sözçüsü belə dəyərləndirmə ilə Paşinyanın ötən gün parlamentdəki çıxışına cavab olaraq çıxış edib. Paşinyan bildirmişdi ki, Ter-Petrosyan ona 2018-ci ilin iyulundakı görüşləri zamanı “torpaqları qaytarmağın vaxtıdır” deyib.
“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhu çırpıntıları haqda danışmağı mənasız hesab edir”,- Musinyan bildirib.
Bu arada Ter-Petrosyanın koronavirusa yoluxduğu və hazırda müalicə olunduğu da açıqlanıb. Arman Musinyan bildirib ki, keçmiş prezidentin koronavirus testi bu günlərdə müsbət çıxıb.