Britaniyadan Ukraynaya dəstək - Qara dənizə gəmilər gəldi | Eurasia Diary - ednews.net

14 May, Cümə


Britaniyadan Ukraynaya dəstək - Qara dənizə gəmilər gəldi

Dünya A- A A+

Böyük Britaniyanın Hərbi-Dəniz Donanmasının eskadriya gəmisi və sualtı freqat gəmisi may ayında Qara dənizə daxil olacaq.

Eurasia Diary APA xəbər verir ki, bu barədə “Times” nəşri krallığın hərbi dairələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, gəmilərin Ukrayna sahillərində yerləşdirilməsi Rusiya-Ukrayna sərhədindəki vəziyyət fonunda Kiyev və bölgədəki NATO müttəfiqləri ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

Qəzet yazır ki, gəmilər Aralıq dənizində krallıq donanmasının aviasiya daşıyıcı qrupundan ayrılacaq və Bosfor boğazı vasitəsilə Qara dənizə gedəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...