İranda Çinlə sazişdən narahat olanların sayı artır

Dünya 20:50 22.04.2021

Çinlə İran arasında strateji tərəfdaşlıq əlaqələri güclənir. Bu sırada hərbi əməkdaşlığın da xüsusi yeri var. Misal üçün Çin mətbuatı yazır ki, İran Çindən 36 döyüş təyyarəsi almaq istəyir. Ancaq bunun üçün İranın kifayət qədər maliyyəsi yoxdur.

Çin mətbuatında BMT-nin Tehrana qarşı 13 illik silah embarqosunun 2020-ci ilin oktyabrında bitməsindən sonra İranın J-10 təyyarələrinə marağı barədə xəbərlər yayılıb. BMT-nin tətbiq etdiyi embarqo İrana tanklar və döyüş təyyarələri kimi xarici silahlar almağı qadağan edirdi.

Pekində elm və texnologiya institutu kimi fəaliyyət göstərən “Yuan Wang” düşüncə mərkəzinin tədqiqatçısı Zhou Chenmingin fikrincə, son illərdə İranın rəsmi valyutası olan rialın dəyərdən düşməsi bu ölkənin hesablaşmalarında çətinliklər yaradıb: “Əsas problem İranın Çinə dollar və ya avronu nağd şəkildə ödəyə bilməməsidir, silah mübadiləsi üçün neft və təbii qazdan istifadə etməyi üstün tuturlar”. İran Çinlə alış-verişdə barterə üstünlük verir, yəni neft əvəzinə hərbi texnika almaq istəyir. Pekin isə bu məsələdə tərəddüd edir. Çinə barter laızm deyil. Çinin enerji resurslarını almaq üçün kifayət qədər maliyyəsi var.

Çinli hərbi analitiklər deyirlər ki, indi neftlə silah mübadiləsi etməyin vaxtı deyil. Çin hərbi texnikanın satışından gəlir əldə etmək istəyir. Şanxaylı hərbi ekspert Ni Lexionqun sözlərinə görə, Çin ilə ABŞ arasında 2018-ci ildən başlayan ticarət müharibəsindən və davam edən COVID-19 pandemiyasından sonra Çin iqtisadi gücünü daha da artırmağa çalışır: “İqtisadi böhranla qarşılaşdıqda daha çox nağd pul və xarici valyuta saxlamaq həmişə prioritetdir. Mövcud iqtisadi geriləmələr fonunda Çinin bu qədər xam neftə ehtiyacı yoxdur, neft və qazın qiymətləri günbəgün azalır”.

Bu arada, Çinlə İran arasında imzananan 25 illik strateji əməkdaşlıq müqaviləsi də diqqət mərkəzindədir. İranda bu sazişə qarşı etrazlar getdikcə artır. İranın müxtəlif peşə sahiblər petisayalara imza ataraq Çinlə imzalanan sazişin əleyhinə çıxırlar. Onlar düşünürlər ki, bu saziş İranı Çindən asılı vəziyyətə gətirəcək.

Məsələnin qaranlıq tərəfi həm də odur ki, sazişin mətni açıqlanmayıb, yalnız ümumi istiqamətlər göstərilib. Bəllidir ki, Çin siyasi və iqtisadi dividentlərini hesablanmayan heç bir sazişə imza atmaz. Demək, Pekin bütün bu dividentləri hesablayıb ki, İranla 25 illik strateji əməkdaşlıq sazişi imzalayıb. İrandakı etirazçıları narahat edən də məhz budur.

“Atlas” Araşdırmalar Mərkəzi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Hamısı