ABŞ xarici işlər naziri Dmitri Kuleba CNN-ə verdiyi müsahibəsində ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə səfəri zamanı ABŞ silahlarının alınması məsələlərinin müzakirə ediləcəyini bildirib.
Eurasia Dairy-nin CNN-ə istinadən verdiyi məlumata görə, Kuleba, Ukraynanın hava hücumundan müdafiə sistemləri və snayper əleyhinə texnologiya almaq istədiyini söyləyib.
“Açıqlamaq istəyirəm ki, bu sadəcə ABŞ-dan qəbul etmək deyil, həm də satın almaq deməkdir. Bu tərəfdaşlıq hər iki tərəf üçün faydalı olmalıdır", deyə nazir açıqlamasında bildirib.
Xatırladaq ki, Blinken 5 mayda Kiyevə səfər edib. O, bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. Bundan əlavə, ABŞ dövlət katibinin Ukraynanın Xarici İşlər naziri və Baş naziri Denis Şmiqal ilə danışıqlar aparmağı gözlənilir.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, səfər ABŞ-ın Ukraynaya dəstəyini nümayiş etdirmək məqsədi daşıyır.