Kazanda məktəbdə baş verən atışmada ölənlərin sayı 13-ə çatıb - Yenilənib - VİDEO | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Kazanda məktəbdə baş verən atışmada ölənlərin sayı 13-ə çatıb - Yenilənib - VİDEO

Dünya A- A A+

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

“REN TV”nin teleqram kanalından verilən xəbərə görə, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

(Report.az)

***

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada bir müəllim və 8 şagird ölüb.

TASS-dan verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. İlkin məlumata görə, atəş açanlardan biri saxlanılıb. Hazırda uşaqlar evakuasiya olunur.

Olay şəhərin 175 nömrəli məktəbində baş verdiyi güman edilir.

(Unikal.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...