“Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki vəziyyəti düzəltmək üçün böyük səylər göstərilir”.
Eurasia Dairy-nin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
D.Peskov deyib ki, Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistanla daim təmasdadır.