Odessa Ukrayna üçün nə deməkdir? “The National İnterest”

Dünya 22:45 31.05.2021

Eurasia Dairy saytı ABŞ-ın “The National İnterest” nəşrində dərc olunmuş  “Odessa Ukraynanın gələcəyi üçün nə deməkdir?” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Melinda Harinqdir.

Havalar isindikcə Odessa şəhərinin qətiyyətli sakinləri küçələrə çıxmağa başlayıblar. Onların bəzisi piyada gəzir, bəzisi skuter sürür. Bu əfsanəvi şəhərin Ukraynanın müdafiəsi uğrunda aparılan son hərbi əməliyyatları dəstəkləmədiyini deməyə heç bir əsas yoxdur.

Ukraynanı çoxdan müşahidə edən amerikalı general-leytenant Ben Hodces belə qənaətə gəlib ki, ruslar Odessa da daxil olmaqla Ukraynanın Qara dəniz sahilində yerləşən üç şəhərinə və Krım yarımadasının şimalındakı kanala göz dikiblər. Ukraynalı ekspertlərin əksəriyyəti su yolu variantının inandırıcı göründüyünü düşünür. Bu yaxınlarda “Nyu-York Tayms” qəzetində də həmin kanal ətrafında gedən münaqişə təsvir olunub.

Bəs Odessa?

2014-cü ildə rusların Odessanı işğal edə bilmədiyini nəzərə alanda Hodcesin qənaəti məndə şübhə doğurdu. Bu şəhərdə baş verənləri öz gözlərimlə görmək üçün Qara dənizin mirvarisi hesab olunan Odessaya getməyi qərara aldım.

Rusların Odessanı ələ keçirmək niyyətinə ciddi yanaşan bir kimsə tapa bilmədim. Əlbəttə, bu gözəl, isti limanı ələ keçirmək üçün Moskvanın istənilən qədər bəhanəsi ola bilər. Ancaq Odessanın sərt müqavimətsiz təslim olacağını gözləmək də düzgün deyil.

Separatçılıq Odessada insanların ağlına gələn ən sonuncu fikirdir. Şəhər Rusiyanın aprel ayında Ukrayna ilə sərhədə 80 min əsgər topladığı yerdən yüzlərlə mil kənarda yerləşir.

Odessa sakinlərini isə havanın necə keçməsi və Dənizkənarı bulvar boyunca düzülmüş şabalıd ağacları daha çox qayğılandırır.

Həftənin dördüncü günüdür. Bir qrup içkili gənc əllərindəki gitaranı dınqıldada-dınqıldada küçələri dolaşır.

Şəhərin ən məşhur yeri sayılan Potyomkin pilləkənində dörd ərəb tələbə astaca söhbətləşir. 1925-ci ildə Sergey Eyzenşteynin çəkdiyi klassik səssiz filmdə də bu məşhur məkan – Potyomkin pilləkəni əks olunub.

Şəhərdə heç kim özünü maskada gəzməyə məcbur eləmir. Yalnız yerli sakinlər məcburiyyət qarşısında həvəssiz-həvəssiz maska taxıblar.

Tarixçilər arasında Odessanın təməlini qoymuş şəxslə bağlı mübahisələr indiyədək davam edir.

Ancaq bəzi faktlar mübahisə mövzusu deyil: Odessa Rusiya imperiyasının dördüncü ən böyük şəhəri olub. Burada böyük yəhudi diasporu yaşayıb. Bu gün Odessada yunanlar və türklər at oynadırlar. Bu yaxınlarda İstanbul yunanların üstünlük əldə etməyə çalışdığı suyun üzərində bahalı bağ salıb. Odessa öz sadə sistematik müqaviməti ilə ən yaxşı yazarları belə karıxdıra bilər.

Səhər saat 6-da onlarla insan öz itini Qara dəniz sahilinə gəzdirməyə çıxarır. Bu vaxtlar şəhərdə bir fincan qəhvə içməyə yer tapmaq mümkün deyil. Kafelər ən tez saat 9-da açılır.

Gecələr isə xırda bənövşəyi, yaşıl, mavi və çəhrayı işıqlar Dənizkənarı  bulvarda şabalıd ağaclarının gövdəsini işıqlandırır. Əvvəllər ağaclar yalnız qış bayramlarında işıqlandırma sistemi ilə bəzədilirmiş. Bu həngaməni sökmək elə baha başa gəlib ki, şəhər meriyası mənzərəni il boyu saxlamağı qərara alıb. Zənnimcə, bu qərar şəhər atmosferini ideal şəkildə əks etdirir.

Dənizkənarı bulvarın sonunda şəhər meriyasının orijinal üslubda inşa edilmiş binası yerləşir. Binanın parlaq qırmızı fasadında Roma üslubunda 11 qədimi sütun və büstlər var.

Bulvar boyunca gəzinti zamanı sadə bir körpüylə rastlaşırsan. Xalq arasında ona “Qayınana körpüsü” deyirlər. Deyilənə görə, 1970-ci illərdə şəhərin rəhbəri nahar fasiləsində işdən qayınanasıgilə günorta yeməyinə gizlin-gizlin getməkdən elə bezib ki, yolunu asanlaşdırmaq üçün bu körpünü saldırıb.

Odessalılar çox müdrikdirlər.

Mən iki gün şəhəri gəzdim, Odessanın yaxınlığında yerləşən Cənub limanını da ziyarət etdim, bu müddətdə qulağıma ancaq rus və gürcü dilində danışıqlar dəydi.

Şəhərin əsas turist məkanlarında isə rus, Ukrayna və ingilis dillərində məlumatlandırıcı ştrix-kodlar yerləşdirilib. Turistə Odessanın Qərb və Şərq İncəsənəti Müzeyində hansı sənət əsərlərini görə biləcəyini başa salan ştrix-kodlarda Odessanın adı rus dilindəki kimi iki “s” hərfi ilə deyil, Ukrayna dilində – bir “s” hərfi ilə (Odesa) yazılıb. Bu, bir çoxlarının əhalisini laqeyd saydığı bu şəhərdə Ukrayna vətənpərvərliyini əks etdirən nadir nümunələrdəndir.

Bundan başqa Odessa vətəndaşa qarşı qərəzsizliyin hökm sürdüyü şəhər kimi də öyünə bilər.

Səhər funikulyorun yanından Potyomkin pilləkənləri ilə enəndə fortepiano səsi eşitdim. Elə bil körpünün altında iki musiqi aləti gizlədilmişdi. İngilis və rus dillərində səslənən mahnının sözləri insanları uşaqlığına qayıdıb şənlənməyə çağırırdı.

Odessada Kiyevdəki kimi divarlara Maydan hadisələri barədə şüarlar yazılmayıb. Bu şəhərin mərkəzində qızılı günbəzli kilsələr də yoxdur.

Odessa tikililəri bir az sovet dövrünün kobudluğundan, bir az da italyan və fransız memarlığının qarışığından ibarətdir. Şəhər özünün diqqət cəlb etdiyini bilir və parlamaqdan qətiyyən çəkinmir.

İki vyanalı memarın layihələndirdiyi Opera Teatrı haqlı olaraq Rokoko üslubu ilə tanınır. Ən müasir klublar isə xırda mavi işıqları ilə diqqət cəlb edir.

Odessa öz iynəli yumoru ilə də məşhurdur. Şəhər əhalisinin bu xüsusiyyətini indiyədək neçə-neçə müəllif vəsf edib. Bu yumor hissi artıq yeni vizual mühitə də hopub.

“Louis Vuitton və Gucci”, “Benya & Zubrik” kimi lüks markaları ələ salan kinayəli şüarlar yazılmış köynəklərin satıldığı mağaza bu işə bir hobbi kimi başlayıb. İndi Rusiyanın “Vogue” jurnalı da bu mağazadan yazır. Dükanın malları bütün dünyada satılır.

Hava isindikcə Odessanın qətiyyətli sakinləri küçələrə çıxmağa başlayıblar. Onların bəzisi piyada gəzir, bəzisi isə skuter sürür. Bu əfsanəvi şəhərin Ukraynanın müdafiəsi uğrunda aparılan son hərbi əməliyyatları dəstəkləmədiyini deməyə heç bir əsas yoxdur. İstənilən qənaətə gəlmək olar, amma bunu söyləmək olmaz.

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Hamısı