İranda vertolyot qəzaya uğrayıb.
Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, qəza Lorestan əyalətinin Əliqudərz yüksəkliyində baş verib.
Qəzada 1 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün Xuzestan əyalətinin təcili tibbi yardım vertolyotu əyalətin seçki qərargahına səyyar səsvermə qutularını aparan zaman Lorestan əyaləti ərazisində qəzaya uğrayıb.