Erməni “silah baronu” qanunsuz yolla silah tədarükü həyata keçirdiyini inkar edir | Eurasia Diary - ednews.net

27 İyul, Çərşənbə axşamı


Erməni “silah baronu” qanunsuz yolla silah tədarükü həyata keçirdiyini inkar edir

Dünya A- A A+

“Bütün dünyaya bəyan edirəm ki, mən heç vaxt hər hansı bir qanunsuz yolla silah tədarükü həyata keçirməmişəm”.

Eurasia Diary xəbər verir ki, bu barədə “Mosston Engineering” şirkətinin rəhbəri, Ermənistan ordusunu silahla təmin edən, qanunsuzluq etdiyinə görə həbs edilən Davit Qalstyanın (“Patron Davit” ləqəbi ilə tanınır) yaydığı bəyanatda qeyd olunub.

“Bütün tədarüklər silah ticarəti münasibətlərində fəaliyyət göstərən beynəlxalq tələblərin və standartların ciddi şəkildə qorunması ilə həyata keçirilib. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, hüquq-mühafizə sistemi sərbəst hərəkət hüququmu məhdudlaşdıraraq cinayət təqibi həayat keçirməyə davam edir”, - deyə bəyanatda bildirilib.

Ordu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...