Ter-Petrosyanın Xankəndində Koçaryanla Qarabağa dair gizli razılaşması… - VİDEO | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Ter-Petrosyanın Xankəndində Koçaryanla Qarabağa dair gizli razılaşması… - VİDEO

Dünya A- A A+
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Xankəndində Qarabağdakı separatçı rejim rəhbərliyi qarşısında İrəvanın ATƏT-in Minsk qrupunun nizamlaması çərçivəsində danışıq aparan tərəf kimi bütün funksiyaları öz üzərinə götürməsinə dair gizli razılaşmanın mətnini oxuduğu  tarixi video-görüntülər üzə çıxıb.  
Eurasia Diary xəbər verir ki, bəhs edilən video sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
 
Məlum olur ki, həmin vaxt Ermənistan sözügedən razılaşmanın əvəzində separatçılara  “ikinci Ermənistan respublikası”nın erməni əhalisinin tam təhlükəsizliyinin təminatını vəd edib.
 
Üstəlik, Ermənistan gələcəkdə Laçın dəhlizinin Azərbaycana geri verilməyəcəyi və separatçı rejimin “müdafiə ordusu”nun dağılmayacağı vədini də öz üzərinə götürüb.
 
Bu görüntülər separatçı-terrorçu rejim rəhbərliyinin 1993-cü ilin yayında Kəlbəcər rayonunu Azərbaycana qaytarmaqdan imtina etməsindən sonra Ter-Petrosyanın Xankəndinə səfəri zamanı çəkilib. O zaman rəsmi Ankara da İrəvana təzyiq edərək blokada ilə hədələyirdi                                                          
Tədbirdə Ermənistanın terrorçu eks-prezidenti prezidenti Robert Koçaryan da iştirak edib. Həmin vaxt o, “DQR” müdafiə komitəsinin rəhbəri olub.

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...