Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, payızda Gürcüstana qayıdacaq, baxmayaraq ki, hazırda ölkəsində axtarışdadır.
Bu barədə RİA-Novosti yazır.
Saakaşvili Gürcüstandan 2013-cü ildə çıxıb. Onun barəsində bir sıra cinayət işi açılıb, onlardan bəziləri üzrə Saakaşvilini qiyabi şəkildə həbs cəzasına məhkum ediblər. Dəfələrlə Gürcüstanın hakimiyyət üzvləri bəyan etmişdi ki, Saakaşvili ölkəyə gələn kimi o dərhal həbs olunacaq.