İranda meşə yanğınlarında 4 nəfər həlak olub | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

İranda meşə yanğınlarında 4 nəfər həlak olub

Dünya A- A A+

İranın Fars vilayətinin Firuzabad əyalətində Hayqar boğazında baş verən meşə yanğınları nəticəsində dörd nəfər həlak olub.

EDNews.net xəbər verir ki, gecə saatlarında baş verən yanğınların qarşısı səhər saatlarında alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmaması üçün lazımi tədbirlər görüblər.

Həlak olan şəxslər yanğınsöndürənlərə yardım üçün gəlmiş könüllü vətəndaşlar olub. Onlar alovlar içində qalaraq həyatlarını itiriblər.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...