Fransa əvvəllər güclü Almaniyadan ehtiyat edirdi, indi isə onun zəifləməsindən qorxur…

Dünya 17:14 19.09.2021

Almaniyada seçkiqabağı yarış Parisdə diqqət və narahatlıqla izlənilir. EDNews.net bu barədə “Frankfurter Allgemeine” qəzetinə istinadla xəbər verir. Qeyd olunur ki, Fransa Almaniyadan Avropa təhlükəsizlik və müdafiə siyasətində fəal iştirakını davam etdirəcəyini və Aİ lideri roluna əməl edəcəyini gözləyir. Bu vəziyyətdə Paris üçün ən yaxşı variant Armin Laşetin qələbəsi, ən pis variant isə 2022-ci ilə qədər uzanacaq koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqlar olardı.

Qəzet yazır ki, Fransada Angela Merkelin Almaniya Federativ Respublikasının kansleri vəzifəsindən getməsindən çox kədərlənirlər. Paris növbəti Almaniya hökumətinin Aİ-dəki liderlik roluna uyğun olub-olmayacağından narahatdır. Siyasi analitik Dominik Moyzi qeyd edir ki, əvvəllər Fransa vahid Almaniyanın dominantlığından ehtiyat edirdisə, indi isə onun çox zəifləməsindən qorxur.

Moyzinin qeyd etdiyi kimi, əgər AFR-də seçkilərdən sonra üç partiyadan ibarət koalisiya hökuməti yaradılarsa, onda qərar vermə prosesi, xüsusən təhlükəsizlik və müdafiə sahəsində, çətin olacaq. Eyni zamanda, avropalı tərəfdaşlar Almaniyadan Bundesverin ümumi Avropa təhlükəsizliyinin formalaşmasında fəal iştirakını gözləyirlər. Moyzi müdafiə məsələlərində fəal iştirak etməyən və “antimilitarizmlə flört edən” sosial demokratların rolunu xüsusilə tənqid edir.

Qəzet yazır ki, eyni zamanda Emmanuel Makron da Almaniyada keçiriləcək seçkilərdə kimə üstünlük verdiyini büruzə verməməyə çalışır. Fransa prezidenti həm xristian demokratların namizədi Armin Laşet, həm də sosial demokratların namizədi Olaf Şoltsla danışıb və həmçinin “yaşıllar”ın namizəd Annalena Berbok və Azad Demokratlar Partiyasının sədri Kristian Lindnerlə ünsiyyətə açıq olduğunu söyləyib.

“Frankfurter Allgemeine” yazır ki, Parisin nöqteyi-nəzərinə görə, Armin Laşet Merkelin təhlükəsizlik və müdafiə sahəsində ən yaxşı varisidir. Ancaq fransız politoloq Pol Moris qeyd edir ki, Laşetə koalisiya tərəfdaşlarının nüfuzunun az olması mane ola bilər.

Qəzet qeyd edir ki, Fransa üçün ən pis ssenari koalisiya hökumətinin qurulması ilə bağlı danışıqların 2022-ci ilə qədər uzana biləcəyi ehtimalıdır. Fakt budur ki, 2022-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik Fransaya keçəcək: bu zaman qeyd olunan planları həyata keçirmək üçün Parisin danışıqlar apara biləcəyi Almaniya hökumətinə ehtiyacı olacaq.

“Frankfurter Allgemeine” bildiririr ki, bu arada Merkelin idarəetməsi Fransa cəmiyyətində yüksək qiymətləndirilir. Ipsos-un apardığı sorğuya görə, fransızların 75% -i Almaniya kansleri haqqında müsbət fikirdədir. 64% Almaniyanı etibarlı tərəfdaş hesab edir. Qeyd olunur ki, Merkel Avropa İttifaqının lideri kimi qəbul edilib. Politoloq Yana Puqler qeyd edib ki, Avropa müdafiə siyasətində irəliləyiş yalnız Almaniyanın hazırda yürütdüyü aydın xətt davam edəcəyi və yeni hökumətin Merkelin prinsiplərinə sadiq qalacağı təqdirdə baş verə bilər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı