Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya düşüb.
EDNews.net Unikal.org-a istinadən xəbər verir ki, qırıcı təyyarə təlim uçuşu zamanı Mardan adlı bölgədə qəzaya uğrayıb. Pilotun taleyi barədə hələ məlumat yoxdur.
Hazırda insidentin səbəblərinin araşdırılması üçün qəza yerində araşdırma aparılır.