NATO Ukraynada baza açır, Lukaşenko Kiyevi Putinlə qorxudur

Dünya 09:41 28.09.2021

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın öz ərazisinə “gizlicə NATO qoşunlarını buraxdığını” bəyan edib. “Siz görürsünüzmü, onlar oradadır, Ukraynadadır, NATO qoşunlarını çəkib gətirirlər. Təlim mərkəzləri adı altında onlar faktiki olaraq baza yaradırlar. Ukraynada ABŞ bazaları yaradırlar”,-Lukaşenko ötən gün sentyabrın 27-də belə deyib.

EDNews.net xəbər verir ki, Belarus prezidenti əlavə edib ki, o Rusiya prezidenti Vladimir Putinlə bu təhdidə qarşı birgə fəaliyyət yollarını müzakirə edib. Və razılığa gəliblər ki, Ukraynada NATO bazalarının olması hər iki ölkə üçün “qırmızı xəttin” keçilməsidir və buna qarşı tədbirlər görmək lazımdır.

Bunun ardınca Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə təsdiq edib ki, həqiqətən Belarus və Rusiya prezidentləri dəfələrlə NATO-nun Ukrayna ərazisinə doğru genişlənməsi mövzusunu müzakirə ediblər. “NATO-nun hərbi infrastrukturunun potensial olaraq Ukraynaya doğru genişlənməsi mövzusu dəfələrlə Rusiya prezidenti tərəfindən gündəmə gətirilib, bunun Rusiya üçün “qırmızı xətt” olduğu ifadə edilib. Rusiya və Belarusun NATO-nun genişlənməsinə qarşı cavab tədbirləri iki dövlətin təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətlərdən ibarət olacaq”,-Peskov bildirib.

NATO üzvü olmayan, lakin şimal alyansına üzvlük məramını dəfələrlə bəyan edən Ukrayna hər iki xəbərdarlığı rədd edib və bildirib ki, Kiyev özünün təhlükəsizlik siyasətini müstəqil təyin edəcək . “Moskva qoy Rusiyanın daxilində baş verənlərdən narahat olsun. Putinin “qırmızı xətləri” Rusiyanın sərhədləri daxilində qoyula bilər. Rusiya-Ukrayna sərhədinin bizə aid olan hissəsində Ukrayna xalqı, Ukrayna və Avropanın təhlükəsizliyi üçün nəyin lazım olduğunu biz özümüz müəyyən edirik”,-Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Minsk və Moskvadan edilən xəbərdarlıqları rədd edərək bildirib.

Xatırladaq ki, Rusiya bu ilin əvvəllərində Ukrayna sərhədi boyunca, habelə ilhaq olunmuş Krımda 120 minlik əsgəri qüvvə cəmləşdirmişdi. Belə narahatlıqlar vardı ki, Moskva Kiyevi Donbass üzərinə hücumda günahlandıraraq Ukraynanın yeni ərazilərini tutmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Sonradan ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqlarından sonra gərginlik azalsa da son günlər Rusiya qoşunlarının yenidən Ukrayna sərhədlərinə cəmləşdirildiyi haqda xəbərlər gəlir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı