Türkiyə tezliklə yeni HHM sistemləri istehsal etdiyini açıqlayacaq - ednews.net

3 Dekabr, Cümə

Türkiyə tezliklə yeni HHM sistemləri istehsal etdiyini açıqlayacaq

Dünya A- A A+

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ölkənin Hava Hücumundan Müdafiə (HHM) layihələri ilə bağlı açıqlamalar verib.

EDNews.net xəbər verir ki, bu barədə o, “Kanal 7” telekanlına verdiyi müsahibəsi zamanı danışıb.

“Korkut”, “Sungur”, “Hisar-A+”, “Hisar-O+” və “Siper” layihələrinə toxunan Dəmir “Siper”dən əvvəl daha bir HHM sisteminin istehsalının açıqlanacağını bildirib.

““Siper” HHM Sisteminə gedən yolda başqa bir məhsul buraxılacaq. Bunu tezliklə elan edəcəyik”, - deyə o qeyd edib.

Dəmirin qeyd etdiyi yeni HHM sisteminin 100 kilometrlik mənzilli raket olduğu təxmin edilir.

O qeyd edib ki, “Siper” HHM sisteminin 2023-cü ilin sonuna qədər istifadəyə veriləcəyini ümid edir.

Beləliklə, Türkiyənin milli təbəqəli HHM çətiri belə olacaq:

Çox qısa məsafədə “Korkut”

Qısa məsafədə “Sungur” bə “Hisar-A+”

Orta məsafədə “Hisar-O+”

100 kilometr mənzilli uzun mənzilli raket.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...