Türkiyə-Ukrayna münasibətlərinin böyük potensialı var.
EDNews.net-in xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter”də bildirib.
“Dostum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını Respublika Gününün 98-ci ildönümü münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm. İnanıram ki, Türkiyə-Ukrayna münasibətlərinin böyük potensialı var. Türkiyə xalqına sülh və rifah arzulayıram”, - Ukrayna Prezidenti qeyd edib.