Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud Tacikistana qaçıb.
EDNews.net xəbər verir ki, bu məlumatı TASS-a açıqlamasında Əfqanıstanın Pəncşir vilayətinin qubernatorunun keçmiş müavini Kəbir Vasik deyib.
“Əhməd Məsud hazırda Tacikistandadır, amma bəzən Əfqanıstanı ziyarət edir, burada müqavimət dəstələriylə görüşür”, – deyə o bildirib.
Onun sözlərinə görə, Məsud hazırda Talibana qarşı fərqli dövlətlərin dəstəyini almağa cəhd edir:
“Məsud region ölkələrini taliblərlə mübarizənin vacib olduğuna inandırmağa cəhd edir. O, fərqli ölkələrdən dəstək almaq və diqqət cəlb etmək üçün səfərlər təşkil edir”.