““Vazgen olmasaydı, bənzər şey olmazdı”, - oktyabrın 27-də jurnalistlərə açıqlamasında “Yerkrapah”ın (hərbi təşkilat - red.) rəhbəri Sasun Mikayelyan hazırkı vəziyyət və ərazi itkiləri haqqında deyib”.
EDNews.net xəbər verir ki, bunu Ermənistanın “Hayeli” nəşrində dərc olunan məqalədə müəllif bildirib.
Müəllif qeyd edib ki, Mikayelyanın sözlərinə görə, 22 il əvvəl baş verən terror aktının əsasında duran Qarabağ məsələsi idi və bu terror aktı Ermənistanın onurğasını qırıb, dövləti kökündən məhv edib və bu olmasaydı, ermənilər güclü ordusu olan tamamilə başqa dövlətə sahib olardılar.
“Sasun Mikayelyanın açıqlamasından sonra yaranan ilk fikir budur ki, hakim Vətəndaş Müqaviləsi Partiyası rejimində kimlər və hansı prinsiplərlə toplaşıblar? Belə bir təəssürat var ki, it yiyəsini tanımır, kimin ağlına nə gəlir, onu da dinləyir və deyir”, - deyə məqalədə yazılıb.