İrəvanda yeni qanun Qarabağ erməniləri çarəsiz qaldı

Dünya 14:12 02.11.2021

Ermənistanda pasportlarla bağlı dəyişiklik təklifi Qarabağdakı separatçıların narazılığına səbəb olub.

EDNews.net “Azadlıq” radiosuna istinadla xəbər verir ki, yeni dəyişikliyə əsasən, yeni pasportlarda bundan sonra doğum yeri kimi şəhər yazılması təklif olunur. Qarabağ separatçıları isə hesab edirlər ki, bu, xarici ölkələrə gedəndə onlar üçün problem yarada bilər. Problem isə ondan ibarətdir ki, Qarabağ separatçıları xaricə Ermənistan vətəndaşları kimi viza alıb gedirlər. İndi, məsələn, Azərbaycanın Xankəndi şəhərində doğulan erməninin pasportunda doğum yeri “Stepanakert” yazılmış olsa, ona viza verilməyə bilər.

Artıq pasportlarla bağlı təklif yeni qanun layihəsində öz əksini tapıb. Layihə bu günlərdə Nazirlər Kabinetində təsdiqlənib. İndi parlamentdən keçməlidir.

Qarabağ separatçılarının nümayəndəsi David Babayan dəyişikliyə etirazını bildirir. Babayan deyir ki, hazırkı variant daha yaxşıdır:

“Doğum yeri kimi Ermənistan Respublikası yazılması ən yaxşı variantdır. Ola bilər ki, bəzi vətəndaşlar pasportda doğulduğu kəndi, şəhəri qeyd edəndə viza ala bilməsinlər. Bu məsələlərlə bağlı böyük problemlərimiz var”.

Layihənin müəllifi, pasport və viza idarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçiyan isə deyir ki, vətəndaşa ya yaşadığı, ya da doğulduğu yeri qeyd etdirməklə bağlı seçim veriləcək:

“Vətəndaşa təklif olunacaq ki, doğum yeri kimi ölkə göstərsin. Məsələn, ABŞ, Ermənistan, Fransa və s. Amma vətəndaş özü müraciət etsə ki, mənim doğum yerimi Rusiya yox, Moskva yazın, onda elə də yazılacaq”.

Qarabağ separatçıları isə hətta bu seçim imkanında da problem görürlər.

“Ola bilər ki, vətəndaş o incəlikləri anlamasın. Vətənpərvərlik nöqteyi-nəzərindən desin ki, elə “Stepanakert” yazın. Sabah da adam xəstələnərsə və ya xaricə getmək məcburiyyətində qalarsa, pasportunda “Stepanakert” qeydini görüb viza verməyəcəklər”, - Samvel Babayan deyib.

Qarabağdakı ermənilərin “pasportları” Ermənistan əhalisinin pasportundan ancaq içindəki şifrələrlə fərqlənir. Babayan iddia edir ki, hətta bunun özü də indi onlara problem yaradır. Deyir ki, bəzi ölkələr Qarabağ ermənilərini öz ərazisinə buraxmır.

“Ona görə ki, Azərbaycan lobbiçilik edir. Müxtəlif ölkələrə rüşvət verir ki, kim Qarabağdandırsa, ona viza verməyin. Bu hadisərlə bir çox ölkələrdə qarşılaşmışıq. Hətta inkişaf etmiş ölkələr arasında da elələri var ki, qeydiyyat yerini görüb viza vermirlər. Nədir, qarabağlılar terrorçudur? Biz indi yaxşı düşünməliyik. Əgər bu maneələr yaradılacaqsa, bu dəyişikliyə getməməliyik. Ən düzgünü budur ki, hamısına Ermənistan Respublikasının vətəndaşı yazaq. Bizim idmançılar xaricə getməlidir, onlara da viza vermirlər”, - Qarabağ separatçısı bildirib.

Dəyişikliyin müəllifi Biçaxçiyanın sözlərinə görə isə onlar artıq Xarici İşlər Nazirliyindən təklifə müsbət rəy alıblar.

Babayanın narahatlığı başadüşüləndir. Çünki Babayan və onun kimi Xankəndi və Qarabağın digər yerlərində məskunlaşan separatçıların əl-qolu bağlanır. Bundan sonra onların rahat şəkildə xaricə getməkləri çətinləşəcək. Pasport dəyişikliyi zamanı Qarabağdakı ermənilər seçim etməli olacaqlar: ya onlar pasportlarında doğum yeri kimi Xankəndi yazdıracaqlar, bu halda onların xaricə səfərlərinin üstündən xətt çəkiləcək, ya da doğum yeri kimi Ermənistan yazdırıb, Qarabağla vidalaşacaqlar.

Qarabağda yaşayan ermənilər üçün ən doğru seçim isə əlbəttə ki, Azərbaycan pasportuna malik olmaqdır

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
Hamısı