İrəvanda müxalifətin mitinqləri davam edir. Bu ərəfədə minlərlə etirazçı Azadlıq meydanına toplaşaraq baş nazir Nikol Paşinyan və hökumətinin istefasını tələb ediblər. Müxalifət milli müqavimət yaratmaq məqsədi ilə toplaşdığını bəyan edib.
Aksiya iştirakçıları Paşinyanla yanaşı, erməni xalqının bütün bəlalarına görə rusları günahlandırır və deyirlər ki, ermənilər və ruslar heç də dost xalq deyillər.
Etiraz hərəkatının liderlərindən biri rusların Cənubi Qafqaz ərazisinə daxil olduğu ilk günlərdən erməni kilsələrinin fəaliyyətinin qadağan olunduğunu deyib:
“Erməni məktəbləri bağlanırdı. Rus çar qoşunları erməni üsyançılarını tərksilah edirdi, Qərbi Ermənistanı təslim edib, Kars və Moskva müqavilələri bağlayıb. Erməni və rus xalqları arasında heç vaxt dostluq olmayıb. Ermənistan həmişə Rusiya üçün alver obyekti olub. Ona görə də Rusiya-Ermənistan dostluğu mifi birdəfəlik ifşa olunub. Biz erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun sözləri ilə cavab veririk: “Əlvida, yuyulmamış Rusiya”, - aksiya iştirakçısı bəyan edib.