Aİ Polşa ilə sərhəddə miqrasiya böhranına görə Minski ittiham edir - ednews.net

28 Yanvar, Cümə

Aİ Polşa ilə sərhəddə miqrasiya böhranına görə Minski ittiham edir

Dünya A- A A+

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Polşa-Belarus sərhədində miqrasiya böhranına görə Minski ittiham edib.

EDNews.net-in RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Düşənbə səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlama verən Aİ-nin Ali Nümayəndəsi deyib ki, bu böhran miqrantlarla bağlı vəziyyətdən istifadə edən Belarus hakimiyyəti tərəfindən süni şəkildə yaradılıb.

Aİ-Mərkəzi Asiya formatında XVII konfransda iştirak etmək üçün Düşənbəyə səfər etdiyini vurğulayan C. Borrellin sözlərinə görə, regionun XİN rəhbərlərinin görüşündə Daşkənddən Minskə aviareyslərin dayandırılmasına dair Özbəkistanla razılıq əldə olunub.

Aİ rəsmisi qeyd edib ki, aldadılan miqrantlar Belarusa çatmaq üçün bu reysdən istifadə edirlər, onlara Belarus-Avropa İttifaqı sərhədini keçməklə bağlı hər hansı problemlə üzləşməyəcəkləri vəd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...