Müdafiə naziri sərhədboyu cəmləşdirilmiş qüvvələrin sayını açıqladı Situasiya həyəcanvericidir

Dünya 15:36 03.12.2021

Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkə sərhədləri boyu cəmləşdirilmiş Rusiya qüvvələrinin miqdarını açıqlayıb.

EDNews.net xəbər verir ki, nazir Ali Radada çıxışı zamanı hazırda bu qüvvələrin ümumi sayının 94 min 300 əsgərdən ibarət olduğunu deyib.

“Rusiya son bir il ərzində dalğavari taktikadan istifadə edir. Əvvəlcə qüvvələr cəmləşdirilir, sonra onların bir hissəsinin geri çəkildiyi görüntüsü yaradılır, ardınca yeni qüvvələr yeridilir”,-nazir bildirib.

A.Reznikov qeyd edib ki, Rusiya il ərzində artıq ikinci dəfədir Ukrayna sərhədləri boyu irimiqyaslı cəmləşmə həyata keçirir. Bundan əvvəlki cəmləşmə şəxsi heyətin bir hissəsinin geri çəkilməsi ilə nəticələnib, amma texnika qalıb. “Hazırda Ukrayna ətrafında, o cümlədən işğal edilmiş Krımda 41 batalyon-taktiki qruplaşması döyüşə hazır vəziyyətdə gözləyir”,-müdafiə naziri deputatları məlumatlandırıb.

Reznikov dəqiqləşdirib ki, 8 batalyon-taktiki qruplaşması Krıma əlavə olaraq yeridilib. Onun sözlərinə görə, hazırda Rusiya ordusu Ukrayna sərhədləri boyu fəal kəşfiyyat aparır, habelə qoşunların və texnikanın qış şərtlərinə uyğun maskalanmasını həyata keçirir. Eyni zamanda Moskva Azov-Qara dəniz regionunda da hərbi iştirakını artırır. Hazırda Rusiyanın bu regiondakı qüvvələri eyni vaxtda Ukrayna sahillərinə 3 min canlı qüvvə və 250 texnika çıxara bilər. Reznikov vəziyyətin “həyacanverici olduğunu” vurğulayıb. Deyib ki, Rusiya ordusunun Ukrayna sərhədləri boyu manevrlərini  təkcə onlar izləmirlər: “Ona görə də sürprizlər olmayacaq”.

Nazir bildirib ki, Ukrayna ordusu Rusiya ordusunun ən çox ehtimal edilən hücum istiqamətlərində öz mövqelərini möhkəmləndirir.

Xarici işlər naziri Dmitri Kuleba isə özünün Facebook səhifəsində ukraynalıları əmin edib ki, Qərb Rusiyanın mümkün hərbi təcavüzünə qarşı konkret cavab tədbirləri hazırlayır. Onun sözlərinə görə, bunlardan biri Rusiyaya qarşı əvvəllər tətbiq edilməmiş sanksiyalar paketi olacaq. Kuleba Qərbin Rusiyaya cavab vermək üçün üç istiqamətdə işlədiyini deyib.

“Qərb Rusiyanın nəzərinə çatdırmaq istəyir ki, Ukraynaya müdaxilə Rusiyanın özü üçün ciddi nəticələrə gətirib çıxaracaq. Ardınca Rusiyaya zərbə vuran iqtisadi sanksiyalar gələcək. Və ən başlıcası Ukraynanın Qərb ölkələri ilə hərbi tərəfdaşlığı möhkəmlənəcək”,-xarici işlər naziri bildirib. Kuleba əlavə edib ki, Qərb Rusiyaya Ukraynaya müdaxilə etməzdən əvvəl iki dəfə yox, üç dəfə düşünməli olduğu barədə siqnallar göndərir.

ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin sədri, general Mark Milli də Rusiyanın Ukraynaya hərbi müdaxilə təhlükəsindən danışıb. Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi və hərbi müdaxilə təhdidi Vaşinqtonun ciddi narahatlığına səbəb olur. General bildirib ki, ABŞ və NATO Ukraynaya Rusiya hərbi müdaxiləsinə imkan verməyəcək. “Çünki xəritə üzərinə ABŞ-ın və NATO üzvlərinin milli təhlükəsizlik maraqları qoyulub”,-Mark Milli deyib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Hamısı