Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Qazaxıstanda baş verən hadisələrlə bağlı paylaşım edib.
EDNews.net-in məlumatına görə, TBMM sədri “Twitter” hesabında etdiyi paylaşımda qeyd edib ki, dost və qardaş ölkə Qazaxıstanda baş verənləri yaxından və kədərlə izləyirlər: “Qazaxıstan dövləti və qardaş Qazaxıstan xalqının sağlam düşüncə ilə bu çətin günləri dəf edəcəyinə, tezliklə sülh və sabitliyə qovuşacağına inanırıq. Türkiyə hər zaman Qazaxıstanın yanındadır”.