Çin lideri dünya iqtisadiyyatındakı böhranın səbəbləri barədə danışıb - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Çin lideri dünya iqtisadiyyatındakı böhranın səbəbləri barədə danışıb

Dünya A- A A+

“Dünya iqtisadiyyatı böhrandan çıxmaq üzrədir, lakin bir çox maneələrlə üzləşir, inflyasiya riskləri meydana gəlir, istehsal zəncirləri isə xaotikdir”.

EDNews.net xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Szinpin Dünya İqtisadi Forumunun təşkil etdiyi “Davos gündəliyi” virtual müzakirələr çərçivəsində bildirib.

Onun sözlərinə görə, enerji daşıyıcılarının çatışmazlığı riskləri mövcuddur, iqtisadiyyatın bərpa prosesindəki qeyri-müəyyənlik isə güclənir. Bununla belə, əsas məhsulların qiyməti artmaqda davam edir.

Çin lideri mürəkkəb inflyasiya risklərinin meydana gəldiyini, bununla belə, Çin rəhbərliyinin ölkənin iqtisadi inkişaf perspektivlərinə tam əmin olduğunu qeyd edib.

“Çinin ümumi iqtisadi inkişaf tendensiyası yaxşıdır. Ötən il ÜDM təxminən 8% təşkil edib. Nisbətən yüksək artım göstəriciləri və aşağı inflyasiya ilə bağlı məqsədimizin iki qatına nail olmuşuq”, - Si Szinpin deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...