Amerikalılar Oman boğazında İran gəmisini ələ keçirib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Amerikalılar Oman boğazında İran gəmisini ələ keçirib

Dünya A- A A+

ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının məlumatına görə, Yəmənin şimalında Ənsar Allah (Husi) üsyançılarına partlayıcı maddələr hazırlamaq üçün istifadə oluna biləcək gübrə daşıdığı iddia edilən İran gəmisi saxlanılıb. Bu barədə RİA Novosti yazır.

Qeyd olunur ki, İrandan yola düşən gəmi “ənənəvi olaraq Yəmən husilərini silahla təmin etmək üçün istifadə edilən” marşrutla hərəkət edib. O, Oman körfəzində tutulub.

“Gəminin yoxlanılması nəticəsində ABŞ qüvvələri partlayıcı maddələrin istehsalında da istifadə edilən 40 ton karbamid aşkar edib”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması “Twitter” hesabında yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...